Aprelin 10-da Azərbaycan tərəfindən Artsax Respublikasının Martakert bölgəsindəki Marağa qəsəbəsinin mülki əhalisinə qarşı törədilən soyqırımın 29-cu ildönümüdür.
Artsax Respublikasının XİN Marağadakı erməni əhalisinin qırğınları ildönümü münasibətilə bəyanat yayıb.
"29 il əvvəl, 1992-ci il aprlein 10-da Azərbaycan silahlı qüvvələri Artsax Respublikasının Marağa qəsəbəsindəki əhalinin soyqırımını törədib.
Marağaya hücum edən Azərbaycan qoşunları, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla yerli mülki əhalini vəhşicəsinə öldürdülər və işgəncə verdilər. Azərbaycan hərbçiləri 45 nəfərin başını kəsdilər, bəziləri yandırdılar, 100-dən çox qadın və uşağı əsir götürdülər.
Cinayətkarlar yüksək dövlət mükafatlarına layiq görüldü, onların komandirə isə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir ki, bu da Azərbaycanda ermənilərə qarşı soyqırım siyasətinin ən yüksək dövlət səviyyəsində təşviq olunduğunu sübut edir.
Marağadakı hadisələr daha əvvəl Azərbaycan tərəfindən ermənilərə qarşı müntəzəm və sistematik şəkildə təqib edilməsinin və soyqırım siyasətinin məntiqi davamı oldu.
Bəşəriyyətə qarşı cinayətlərin vaxt məhdudiyyəti yoxdur. Cinayətkarlar məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır".