Los-Ancelesin meri Erik Garseti video mesajında ABŞ prezidenti Co Baydeni Erməni Soyqırımını tanımağa çağırıb.
"Mən ümumi çağırışa qoşuluram: həqiqəti söyləməyin, tarixin faciəsini xatırlatmağın vaxtı gəldi ki, bir daha belə olmasın"- deyə Erik Garseti bəyan edib.
Los-Ancelesin meri hər kəsi, o cümlədən ABŞ Prezidenti Co Baydeni, Los-Anceles, ABŞ və dünya liderlərini Erməni Soyqırımını bir nəfər kimi tanımağa çağırıb.
“Sistemli terror nəticəsində vəhşicəsinə öldürülən 1,5 milyon erməninin qətliamı üçün yas tuturuq. Ədalət, sülh və təhlükəsizlik yolunda ermənilərin yanındayıq"- deyə Los-Ancelesin meri qeyd edib.
Erik Garseti hər kəsi onlara qoşulmağa və "Bəli, soyqırımdır" (YesItsGenocide.org) ərizəsini imzalamağa çağırır, çünki hamı daha yaxşı gələcək üçün insanlığın keçmişini xatırlamalıdır.