Aprelin 10-da saat 11:00-a olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 202167-ə çatıb, 181180 nəfər sağalıb, 3720 nəfər vəfat edib. Hazırda ölkədə 16315 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 899290 test aparılıb.
Dünən 4829 test aparılıb, koronavirus infeksiyasına daha 1009 yoluxma faktı qeydə alınıb. 1020 nəfər müalicə olunaraq sağalıb və 23 nəfər vəfat edib.
Əvvəlki gün 8 ölüm hadisəsi qeydə alınıb, lakin ölüm başqa xəstəlik səbəbindən olub. Bu cür hadisələrin ümumi sayı 952-dir.