Artsax Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin istehkamçıları rus tərəfdaşları və “The Halo trust” təşkilatının dəstələri ilə birlikdə həyat üçün təhlükəli olan hərbi sursatın axtarış və zərərsizləşdirmə işlərini davam etdirir.
Gün ərzində Askeran rayonunun Xnapat kəndi ərazisində və Stepanakert şəhərinə yaxın meşə zonasında partlayış işləri planlaşdırılır.
“Minalardan Təmizləmə üzrə Humanitar Mərkəzi” fondu isə, Askeran rayonunun Xnatsax və Aygestan kəndlərində partlamamış sursatı zərərsizləşdirəcəkdir.