Aprelin 7-də Hollandiya Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Niko Sxermers "Humanitar minatəmizləmə və ekspertiza mərkəzi"ni ziyarət edib.
Mərkəzin direktoru Ruben Arakelyan Ermənistanda mina problemlərini təqdim edib, minatəmizləmə sahəsindəki işlərdən qısaca danışıb.
Səfir, öz növbəsində, insanın sərbəst hərəkəti, işləmək hüququ, eləcə də balanslı iqtisadi inkişafı ilə əlaqədar olaraq Ermənistanda ən qısa müddətdə minalardan təmizləməyi vacib sayıb.
Səfir əlavə edib ki, minatəmizləmə sahəsində mümkün əməkdaşlıq üçün mövcud məsələləri Hollandiya Krallığı Hökuməti ilə müzakirə edəcək.