ABŞ Nümayəndələr Palatasındakı deputatları, ABŞ Prezidenti Co Baydenə aprelin 24-də çıxışında , 1915-ci ildə baş verənləri "Soyqırım" kimi təsvir etmək üçün müraciət edib imza toplamağa başladılar.
“On illiklərlə dünyanın rəhbərləri 20-ci əsrin ilk soyqırımını tanıyanda ABŞ Prezidenti susurdu. Bilirik ki, senator və prezidentin köməkçisi olaraq bu məsələ ilə tanışsınız və 1990-cı ildə 24 aprel tarixini Erməni Soyqırımını anma günü kimi təyin etdiyi qanun layihəsini irəli sürdünüz.
2015-ci ildə Vaşinqton Milli Məbədində vitse-prezident olaraq anma mərasimində iştirak etdiyinizi salamlayırıq"- deyə müraciətdə deyilir.
Deputatlar Baydenə keçmişdə aprelin 24-də etdiyi açıqlamanı xatırladıb: "Sükut ortaqlığın əlamətidir", "Öhdəliklərinizə sadiq qalmağınızı və həqiqəti söyləməyinizi tələb edirik".