Araşdırmaçı jurnalist Lindsi Snel, Qarabağ müharibəsi zamanı terrorçuların iştirakına dair yeni açıqlama verib. Onun yaydığı videoda Türkiyənin dəstəklədiyi “Sultan Süleyman Şah” qruplaşmasının yaraqlıları komandir Əbu Amşadan şikayət edirlər.
Məlum oldu ki, o, silahlılara Qarabağda döyüşmək üçün söz verdiyi pulu ödəməyib.
"Ölülərimiz və yaralılarımız oldu. Əbu Əmşan onların maaşlarını oğurladı, insanlar aclıq çəkir".
"Türkiyə və Azərbaycan, islamçı yaraqlıların Qarabağda döyüşdüyünü inkar etməyə davam edir" – deyə Snel yekunlaşdırıb.