RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə bildirib ki, gələn həftə Ermənistan Parlamentinin sədri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşəcək. Bu barədə “TACC” məlumat yayıb.
“Ermənistan Parlamentinin sədri Ararat Mirzoyan ilə ikitərəfli görüş zamanı parlamentlərarası münasibətlərin inkişafına dair dialoqu davam etdirəcəyik”- deyə Volodin qeyd edib.
Dövlət Dumasının mətbuat xidmətindən verilən məlumata görə, Mirzoyanla görüş aprelin 13-də nəzərdə tutulur.