ER Baş naziri Nikol Paşinyan Moskvada “Erməni Vəkillər Assosiasiyası” ilə görüş zamanı Vladimir Putinlə görüşünə toxunub. O qeyd edib ki, görüş səmərəli olub, sənəd imzalanmayıb, lakin bir sıra sənədlər, o cümlədən keçmişdə imzalanmış sənədlərin icrasına dair məsələlər müzakirə olunub.
ER Baş naziri bildirib ki, müzakirə üçün əsas məsələlərdən biri RF dəstəyi ilə ER ordusunda və silhalı qüvvələrində aparılacaq islahatlar idi.
Nikol Paşinyanın dediyinə görə, Vladimir Putinlə Azərbaycanda saxlanılan erməni əsirlərinin geri qaytarılması işini gücləndirmək barədə razılığa gəliblər.