İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Orta Asiya ölkələrinə səfəri çərçivəsində bəyan edib ki, qonşu ölkələr İran üçün daima prioritet oldu. Bu barədə Mehr agentliyi məlumat yayıb.
“Regional səfər çərçivəsində Qazaxıstana səfərim zamanı prezident Tokayev və Xarici işlər naziri ilə mənalı və məhsuldar görüşlər keçirdim. Ölkələrimiz regional sabitliyin və qlobal nüvə tərksilahın məqsədlərinə xidmət edir”,-deyə İran Xİ naziri tviter bloqunda yazıb.
“Həmişə olduğu kimi, qonşularımız bizim prioritetimizdir”,-Zərif vurğulayıb.