Rusiyanın “Sputnik V” peyvəndinin ilk partiyası artıq Ermənistana çatdırılıb. Bu barədə “Россотрудничество”-nun Yerevandakı ofisi bildirdi.
Rusiyada istehsal olunan 7500 doza peyvəndini daşıyan təyyarə Yerevan hava limanında eniş etdi.
Hava limanında peyvəndin ilk partiyasını Rusiyanın Ermənistandakı nümayəndəsi Pavel Kuroçkin və Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru Artavazd Vanyan qəbul etdilər.
”Россотрудничество”-nun nümayəndəsi Andranik Arzumanyan da iştirak etdi.
“İlk olaraq, risk qruplarındakı şəxslər vaksinasiya olunacaq. Vurğulamaq istərdim ki, Bu, Rusiyanın koronavirusla mübarizədə genişmiqyaslı dəstəyinin davamıdır. Bu xalqlarımızın dost münasibətləri və müttəfiq əməkdaşlığının bazri nümunəsidir”,- deyə Pavel Kuroçkin qeyd etdi.