Ermənistanda son sutkada koronavirusa 1 231 yoluxma qeydə alınıb, 816 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 200 129-a çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 28 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 675 nəfərə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 940 nəfərdir. İndiyədək 179 043 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 16 471 aktiv koronavirus xəstəsi var. İndiyədək 889 872 test aparılıb.