“Azərbaycanda ümumilikdə 21012 məhbus var. Onların 2,7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür”. “Meydan.tv”-ə əsasən, məlumat Avropa Şurasının aprelin 7-də yaydığı məhbusların sayı barədə hesabatında öz əksini tapıb.
Hesabata əsasən, hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, Azərbaycan Avropa məkanında 5-cidir, 1-ci yerdə isə Türkiyədir.
Sənəddə dövlətlərin məhbuslara çəkilən xərclər də yer alıb. Azərbaycan Avropa Şurası məkanında məhbuslara ən az xərcləyən ölkələrdəndir. Saxlanılan şəxs üçün günlük çəkilən xərc 6,7 avro, məhkum edilmiş hər bir nəfər üçün günlük xərc 5,9 avro təşkil edir.
Hesabata əsasən, Azərbaycanda məhbuslar arasında narkotik cinayətlərinə görə cəza çəkənlərin ümumi çəkisi daha artıqdır, onların ümumi məhbusların 29 faizini təşkil edir.