Kiprin dini rəhbərləri Şimali Kiprdəki erməni Makaravank kilsəsində türklərin təşkil etdiyi tədbiri pisləyiblər.
Bu barədə “Financial Mirror” yazdı.
Kipr dini rəhbərləri bu hadisə ilə bağlı bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, bu hadisə Kiprin ibadət yerləri və qəbiristanlıqları üçün ağrılı bir hərəkət.
“Bu bir yanlış hərkətdir, niyyət və dindən asılı olmayaraq hörmətsizlik və təhqirdir”,- deyə bəyanatda qeyd olunur.
Dini rəhbərlər qeyd etdilər ki, ibadət yerləri və qəbristanlıqlar vantalizm, yanlış istifadədən və təhqirdən qorunmalıdır.
Türklərin erməni kilsəsinə qarşı bu hərəkətini ABŞ-nən Kipr Respublikasındakı səfiri də pisləyib.
ABŞ səfiri Yudit Garber twitter mikrobloqunda yazdı ki, dini etiqad azadlığı təməl dəyərdir. Səfir dini rəhbərlərinin şağırışlarına istinadən bir daha vurğuladı ki, bütün ibadət yerləri vandalizm və təhqirdən qorunmalıdır.
Qeyd edək ki, Müqəddəs Makaravank kilsəsi Türkiyənin nəzarəti altına keçmiş Şimali Kiprin Pentadaktlios dağ silsiləsində yerləşir.