ER Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Bu barədə ER Baş nazirinin mətbuat katibi Mane Qevorgyan Facebook-da yazıb.
“İki ölkə başçısı Ermənistan-Rusiya münasibətlərinin gündəmində olan strateji əhəmiyyətə malik məsələləri, xüsusilə ticarət-iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə məsələlərini müzakirə edəcəklər.
Baş nazir və RF prezidenti arasındakı görüşün gündəliyinə 9 noyabr üçtərəfli bəyanatındakı müddəaların həyata keçirilməsi, onların irəliləməsi və humanitar məsələlərlə bağlı məsələlər də daxildir”.