ER Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putini ölkəsində yeni atom elektrik stansiyası (AES) inşa etmək imkanlarını nəzərdən keçirməyə dəvət edib.
"Ümid edirəm ki, bu gün strateji investisiyalarla əlaqəli bəzi məsələləri müzakirə edəcəyik və bu mənada bu gün sizinlə Ermənistanda yeni bir atom elektrik stansiyası tikmək imkanlarını müzakirə etmək istəyirəm", - Paşinyan deyib.