Azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlı Tbilisiyə qayıdıb. Bu barədə jurnalist Facebook səhifəsində yazıb.
Qeyd edək ki, bu, oğurlandığı andan Muxtarlının Gürcüstana ilk səfəridir.
Xatırladaq ki, Azərbaycan hakimiyyətini tənqid edən fikirləri ilə tanınan jurnalist ailəsi ilə birlikdə 2014-cü ildə Gürcüstana köçmüşdü. 2017-ci il mayın 29-da jurnalist Tbilisinin mərkəzindən oğurlanıb Bakıya gətirilmişdi.
Onu sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və polisə tabe olmamaqda ittiham edərək altı il müddətində azadlıqdan məhrum etdilər. 2020-ci il martı ayında Muxtarl azad edilib və xüsusi reyslə Almaniyaya göndərilib.