ABŞ Türkiyənin bir dövlət orqanının dörd məmuruna qarşı sanksiya tətbiq etdi. Sanksiya rəsmən aprelin 7-də qüvvəyə mindi.
Sanksiya Müdafiə Sənayesi üzrə Nazirliyə (MSN - SSB (Savunma Sanayii Başkanlığı), eləcə də orada çalışan dörd məmura, o cümlədən qurumun rəhbəri İsmayıl Dəmirə qarşı tətbiq olundu.
ABŞ Dövlət Departmenti daha əvvəl bəyan etmişdi ki, sanksiyaların səbəbi Türkiyənin Rusiya müdafiə sektoru ilə əməkdaşlıq etetməsidir.
Sanksiyalara görə, MSN 10 milyon dollardan çox kreditdən və Amerikaya məhsulların ixracından məhrum edilir. Dörd türk məmur ABŞ ərazisinə daxil ola bilməz, əgər Amerika yurisdiksiyasında onların aktivləri tapılarsa, dondurulacaq, amerikalılara isə onlarla hansısa tranzaksiya yerinə yetirmək qadağan olunacaq.