Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ER Baş naziri Nikol Paşinyan Moskvaya dəvət üçün təşəkkür edib. ER hökumətinin rəhbəri Artsaxda Rusiya sülhməramlılarının varlığını vacib sayıb.
“Əlbətdə ki, ilk növbədə qeyd etmək istəyirəm ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsində əsas amilə çevrilir. Bu mənada ümid edirəm ki, bu gün Dağlıq Qarabağdakı və onun ətrafındakı, eləcə də Ermənistandakı, bütün bölgəmizdəki təhlükəsizlik sistemi ilə bağlı yanaşmalarınızı müzakirə edəcəyik”- deyə Paşinyan qeyd edib.
RF Prezidenti ilə Azərbaycanda olan erməni hərbi əsirləri və saxlanılan şəxslər məsələsini müzakirə etmək planlaşdırılır.