RF prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfərini və ikitərəfli əməkdaşlığa hazır olduğunu alqışlayıb.
Putin, iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələri və bölgədəki nəqliyyat kommunikasiyalarının bərpası prosesini mühüm sayaraq qeyd edib ki, bu Ermənistanın inkişafına kömək edəcək. Rusiya Prezidenti əmin edib ki, ölkələr koronavirus epidemiyası səbəbindən azalmış ticarət dövriyyəsini bərpa edə biləcəklər. O xatırladıb ki, Rusiya Ermənistanın xarici ticarətində Yerevanın əsas tərəfdaşıdır və Rusiya investisiyaları ən böyük paya (40%) sahibdir.
“Münasibətlərimiz dərindir. Bunlar strateji xarakter daşıyır. Birlikdə çalışdığımız bütün platformaları sadalamayacağam.
Yaratdığımız hökumətlərarası komissiya fəal işləyir. Bu yaxınlarda Rusiya Baş nazirinin müavini Ermənistana işgüzar səfər etdi və bu müddət ərzində müharibədən sonrakı vəziyyət də müzakirə edildi”- deyə Rusiya prezidenti qeyd edib.
Vladimir Putin Rusiyaya məxsus "Sputnik V" peyvəndinin Ermənistana göndərilməsi məsələsini həll edəcəyinə söz verib. Bu və digər məsələlər Putin-Paşinyan danışıqlarında müzakirə ediləcək.