Bu gün Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin görüşəcəklər.
Nikol Paşinyan və Vladimir Putin Dağlıq Qarabağla bağlı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasını müzakirə edəcəklər.
Kremlin Mətbuat xidməti bildirdi ki, iki ölkənin başçıları regionda mövcud problemlərə, xüsusən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına toxuncaqlar.
Putin və Paşinyan Ermənistan-Rusiya strateji tərəfdaşlığa dair məsələləri və Avrasiya məkanında inteqrasiya birliklərində qarşılıqlı fəaliyyət perspektivlərini də müzakirə edəcəklər.