ER Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində video yayımlayaraq qeyd edib: "Ermənistanı və Artsaxı yeni şəkildə qurmalıyıq."
Video Armavir bölgəsinə səfəri zamanı hazırlanıb.
“1992-ci ildən 2020-ci ilə qədər “Ermənistan” Ümumerməni Fondu təxminən 313 milyon dollar topladı. Müharibə dövründə “Ermənistan” Ümumerməni Fondu təxminən 220 milyon dollar, yəni 28 il ərzində topladığının 70 faizini topladı. İndi isə Artsaxda “Ermənistan” Ümumerməni Fondu ilə həyata keçirəcəyimiz proqram, əslində Artsaxda həyata keçirilən bütün əvvəlki proqramların birləşdirildiyindən ya eyni, ya da daha böyük bir proqram olacaqdır. Artsaxda 110 milyard dramlıq mənzil proqramı həyata keçirilməlidir və bu kimi işlərlə qurbanlarımızın xatirəsini yüksək tutmalıyıq. Ermənistanı yeni şəkildə qurmalıyıq. İcazə verməməliyik ki, həlak olanların varisləri və yaxınları düşünsün ki, onların qurban olması boşa çıxıb.
Onun cavabı, azad, güclü, özünə inanan vətəndaşları olan xoşbəxt, azad, güclü Ermənistan olmalıdır"- deyə Paşinyan qeyd edib.