Ermənistanda son sutkada koronavirusa 760 yoluxma qeydə alınıb, 712 nəfər sağalıb. Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 197 873 yoluxma qeydə alınıb.
Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 627 nəfərə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 932 nəfərdir.
Koronavirusdan sağalanların ümumi sayı 177 601 nəfərə yüksəlib.
Hazırda 15 713 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 880 290 test aparılıb.