Aprelin 5-də ER Ombudsmanı Arman Tatoyan Avropa Parlamentinin fransalı deputatı Fransua-Kzavie Belamini qəbul edib.
Görüş zamanı Ombudsman Azərbaycanda qanunsuz şəkildə saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin qaytarılması məsələsini qaldıraraq qeyd edib ki, Azərbaycan hakimiyyətləri bu prosesi süni şəkildə təxirə salırlar və siyasiləşdirirlər, beləliklə əsirlərin ailələrinə zehni əzab çəkdirirlər.
Ombudsman Azərbaycan tərəfindən Ermənistan və Artsax əhalisinə qarşı müharibənin açıq təhdidi altında və qəbuledilməz sürətlə aparılan sərhəd proisesləri səbəbində yaranan insan hüquqlarının ciddi problemləri barədə də danışdı.
Arman Tatoyan Fransanın ER-dakı fövqəladə və səlahiyyətli səfir Jonatan Lakot və səfirliklə olan səmərəli əməkdaşlığı yüksək qiymətləndirdi. Tərəflər insan hüquqlarının qorunması məsələsində əməkdaşlığı gücləndirməyə razılaşdılar.