Aprelin 5-də ER XİN-də YUNESKO-nun Ermənistandakı Milli Komissiyasının iclası keçirildi. İclas gündəliyindəki əsas mövzulardan biri Azərbaycan nəzarəti altına keçən Artsax ərazilərində erməni tarixi-mədəni və dini irsinin qorunması, bunlara qarşı vandalizm hallarının qarşısının alınması və aidiyyətin təhrifi idi.
YUNESKO-nun Ermənistandakı Milli Komissiyasının sədri, ER Xİ naziri Ara Ayvazyan öz çıxışında qeyd edib: “Bilirsiniz ki, Azərbaycan-Türkiyə təcavüzü nəticəsində və 9 noyabr bəyanatından sonra digər humanitar problemlərlə yanaşı Azərbaycan nəzarəti altına keçən Artsax ərazilərində erməni tarixi-mədəni və dini irsinin qorunması, vandalizm hallarının qarşısının alınması və monitorinqin aparılması təcili məsələlərdən birinə çevrildi.
Azərbaycan nəzarəti altına keçən Artsax ərazilərində minlərlə tarixi, mədəni və dini abidə məhv olmaq təhlükəsi altındadır. Erməni xalqının bölgədəki çoxəsrlik tarixinin maddi sübutu olan bu abidələr təkcə erməni baxımından deyil, həm də dünya mədəni irsi baxımından böyük əhəmiyyətə malikdir.
Artsaxın erməni mədəni irsinin məhv olma təhlükəsi, Azərbaycan tərəfindən qəsdən vurulan ziyanlarının çoxsaylı presedentləri, on illiklər boyu sürülən anti-erməni siyasəti və erməni mədəni irsinin sistematik şəkildə məhv edilməsi nəzərə alınmaqla olduqca realdır. Bunu Naxçıvanın zəngin erməni mədəni irsinin 28 000-ə yaxın abidəsinin məhv edilməsi sübut edir“.
Nazir Ayvazyan Azərbaycan-Türkiyə təcavüzünün ilk günlərindən beynəlxalq ictimaiyyətin diqqətini Artsaxın tarixi və mədəni abidələrinin qorunmasının vacibliyinə yönəltmək üçün bütün lazımi işlərin görüldüyünü vurğulayıb.
YUNESKO missiyasının Artsaxa səfərinə toxunan ER Xarici işlər naziri, Ermənistan tərəfinin təşkilatla konstruktiv bir dialoq apardığını və YUNESKO-nun Baş direktoru tərəfindən ən başdan bildirilmiş və silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il tarixli Haaqa Konvensiyasının İkinci Protokolunun hökumətlərarası komitəsinin bəyanatıyla təsdiq olunmuş formatla missiya həyata keçirmə istiqamətində aktiv səy göstərildiyinii vurğuladı.
ER XİN başçısı təsdiq edib ki, Artsaxın tarixi-mədəni irsinin qorunması istiqamətində ER XİN-i öz işlərini davam edəcəkdir.
İclas zamanı iştirakçılar komissiyanın iclasının gündəliyinə daxil olan proqramların icrası barədə də fikir mübadiləsi apardılar.