RF Prezidenti Vladimir Putin və ER Baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada 9 noyabr tarixli bəyanatın icra prosesini, ikitərəfli strateji tərəfdaşlığı və inteqrasiya prosesləri müzakirə edəcəklər.
“9 Noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Dağlıq Qarabağa dair Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin bəyanatları ilə bağlı icra prosesinin, eləcə də xüsusən Cəubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində bölgədəki problemlərin həll olunması üçün atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır”- deyə Kremlin açıqlamasında deyilir.
Putin və Paşinyan həm də rus-erməni strateji tərəfdaşlığını və müttəfiqlik münasibətlərini, eləcə də Avrsiya ərazisində inteqrasiya ittifaqlarında qarşılıqlı əməkdaşlığın prespektivlərini müzakirə edəcəklər.