Artsax Ombudsmanının Aparatı, 2020-ci il fəaliyyəti, habelə insan hüquqları və azadlıqlarının qorunması vəziyyəti barədə illik hesabatını dərc etdi.
Hesabatda deyilir ki, 2020-ci ildə Ombudsman Aparatı 481 nəfərdən bir sıra məsələlərlə bağlı 377 müraciət qəbul etdi. Qeyd etmək lazımdır ki, müraciətlərin ümumi sayına hərbi əməliyyatlar zamanı daxil olan yüzlərlə müraciət daxil olmayıb, çünki vəziyyətin çətinliyi səbəbindən müvafiq statistiknın aparılması mümkün deyildi.
Müharibə dövründə və müharibədən sonra vətəndaşların müraciətləri hərbi qulluqçuların və mülki şəxslərin həyatı və sağlamlığı, itkin düşənlər barədə məlumat alma, mülki şəxslərin evakuasiyası, sosial təminat, məşğulluq və digər hüquqlar və məsələlər barədə idi.
İllik hesabatda 2020-ci il sentyabrın 27-də Azərbaycanın Artsax xalqına qarşı başlatdığı genişmiqyaslı təcavüz nəticəsində insan haqları pozuntularını sənədləşdirmək üçün Ombudsmanın fakt araşdırma missiyasının nəticələri və onların əsasında hazırlanmış hesabatlar ətraflı şəkildə təqdim olunur.
Artsax Ombudsmanı qeyd olunan problemləri həll etmək üçün səlahiyyətli dövlət orqanları, eləcə də vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.