ER Xarici İşlər Nazirliyi 2016-cı ilin aprel ayında Artsaxa qarşı Azərbaycanın başlatdığı hərbi təcavüzlə əlaqədar bəyanat yayıb:
“5 il əvvəl, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan hakimiyyətləri atəşkəs rejimini saxlama öhdəliyini kobud şəkildə pozaraq, Artsaxa qarşı genişmiqyaslı hərbi hücuma başladı və Qarabağ münaqişəsini güc tətbiq etmə yolu ilə həll etməkyə cəhd etdi.
Hücum xarakterli əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri qəsdən mülki yaşayış məntəqələrini və infrastrukturu hədəf aldı. Artsaxa qarşı 4 günlük müharibə Artsax hərbçilərinin və mülki şəxslərin vəhşicəsinə öldürülməsi və işgəncə verilməsi, qurbanların cəsədlərinin təhqir olunması ilə müşayiət olunurdu. Bu cinayətləri milli nifrət zəminində törədənlər sonra Azərbaycan hakimiyyəti tərəfindən ən yüksək səviyyədə mükafatlandırıldılar.
Aprel müharibəsindən sonrakı illərdə, törədilmiş müharibə cinayətləri və insan hüquqları pozuntularının cəzalandırılmamasından ilhamlanaraq, Azərbaycan hakimiyyəti hərbi ritorikasını və ermənilərə qarşı nifrət təbliğatını daha da gücləndirdi.
Bu siyasətin nəticəsi isə 2020-ci ildə Türkiyə və onun tərəfindən maliyyələşdirilmiş terrorçuların birbaşa iştirakı ilə Artsaxa qarşı Azərbaycanın yeni hərbi təcavüzü olub, hansı ki çoxsaylı insan və maddi itkiləriylə nəticələnib. Artsax ərazisinin böyük bir hissəsi Azərbaycanın hərbi işğalı altına keçdi və on minlərlə vətəndaş qaçqın çevirildi.
2016-cı ilin aprel ayında və 2020-ci ilin sentyabr ayında Artsaxa qarşı başladılmış genişmiqyaslı müharibələr və bu müharibələrdə Azərbaycanın törətdiyi müharibə cinayətləri göstərdi ki, Artsax heç bir statusla Azərbaycanın nəzarəti altında ola bilməz.
Yalnız Artsaxa qarşı Azərbaycan təcavüzü nəticələrinin aradan qaldırılması, Artsax statusunun müəyyənləşdirməsi bölgədə güclü sülh və sabitliyin təməli ola bilər. Ermənistan və erməni xalqı artsaxlı soydaşlarımızın tarixi vətənlərində azad və ləyaqətli yaşaması, bütün hüquqlarının tamamilə bərpası üçün əlindən gələn bütün səyləri göstərəcəkdir”.