İşveçrədə Federal Şurasının 33 deputatı ölkənin hökumətinə məktub yazaraq Türkiyə ərazisində, eləcə də Ermənistanda, Suriyada, Liviyada və İraqda insan hüquqlarının kobud pozulmasının faktları ilə bağlı Türkiyəyə təzyiq göstərməyə çağırıb.
Türkiyə AİHM qərarlarını yerinə yetirənədək, İşveçrə hökumətini Türkiyə ilə yeni azad ticarət barədə sazişi təxirə salmağa çağırıblar․ Bu barədə “ANF News” məlumat verib.
İsveçrə deputatları qeyd ediblər ki, Türkiyə son Dağlıq Qarabağ müharibəsi zamanı beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycana muzdlu əsgər göndərib.
Onların fikrincə, Ankara oxşar yanaşmanı Liviyada da göstərib.
"İsveçrə humanitar ənənələrinin və Konfederasiyanın dəstəklədiyi dəyərlərinin davam edəcəyinə inanırıq"- deyə deputatlar qeyd edib ümid bildirdilər ki, onların müraciəti ünvan sahiblərinə çatacaq.