Artsax Respublikasının Xarici İşlər Nazirliyi 2016-cı ildə baş vermiş Aprel müharibəsi ilə bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, Azərbaycan 2016-cı ilin aprel ayında 1994-cü ildə imzalanmış atəşkəs razışlamanı pozaraq, Artsax Respublikasına qarşı geniş miqyaslı hücuma başlayıb.
Azərbaycan hücum ərzində Müdafiə ordusunun mövqeləri, həmçinin mülki infrastrukturları və sərhədyanı yaşayış məntəqələrini hədəfə alıb .
“Aprel müharibəsi zamanı Azərbaycan çoxsaylı müharibə və insanlığa qarşı cinayətləri törədib. Xüsusən, erməni hərbi əsirlərə və mülki şəxslərə qarşı çoxsaylı vəhşicəsinə öldürmə, işgəncə və qeyri-insani rəftar halları qeydə alınıb.
Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın hərbi cinayətlərinin pislənməməsi sonrakı illər ərzində bu ölkənin müharibə ruhlu davranışların artmasına səbəb olub. Bütün bunların kulminasiyası 2020-cu ilin sentyabrın 27-də Türkiyənin birbaşa iştirakı və muzdluların cəlb olunması ilə Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibəsi idi.
Beynəlxalq ictimaiyyət Azərbaycanın indiyə kimi davam etdirdiyi təcavüzkar siyasətinə, beynəlxalq hüquqa son dərəcə hörmətsizliyinə, Azərbaycan-Qarabağ münaqişəsinin həllinə dair danışıqlardan imtinasına qəti cavab verməlidir.
Aprel müharibəsi zamanı erməni xalqının göstərdiyi birlik və qəhrəmanlarımızın igitliyi tariximizin və nəsillərimizin yaddaşında əbədi qalacaq”,- deyə bəyanatda qeyd olunur.