Aprelin 2-nə olan məlumatlara əsasən, Ermənistanda son sutkada daha 1116 nəfər koronavirusa yoluxub, 864 nəfər isə sağalıb
Bu barədə ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 194852 -yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 3552-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 904 nəfərdir. İndiyədək 174545 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 15851aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 864876 test aparılıb.