Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Qarabağdakı vəziyyət müzakirə olunub. Vəziyyətin ümumiyyətlə sabit olması və atəşkəsə ciddi şəkildə əməl edilməsi məmnuniyyətlə vurğulanıb.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlara uyğun olaraq Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyasının qurulması ilə bağlı görülən iş prosesi müzakirə edilib.
Bu çərçivədə üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun fəaliyyətinə müsbət qiymət verilib.