Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Dağlıq Qarabağda tarixi dini irsə qarşı davam edən vandalizm aktlarına toxunub.
“Prinsipial mövqeyimizə əsasən, biz Dağlıq Qarabağ və ətraf ərazilərdə mədəni və dini obyektlərin qorunmasının tərəfdarıyıq. Regionda YUNESKO-nun missiyasının ən qısa müddətdə təcili təşkil edilməsinin əhəmiyyətini bir daha təsdiqləyirik. Hər konkret hadisə ilə bağlı tərəflərlə əlaqə saxlayırıq”,- deyə Mariya Zaxarova qeyd etdi.