Martın 31-də ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsi qorumaq üçün yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovu qəbul etdi.
Görüş zamanı təhlükəsizliyin təmin olunması və qarşılıqlı əməkdaşlığın təşkil edilməsi üzrə məsələlər müzakirə edildi, erməni hərbi əsirlərin geri qaytarılmasının və itkin düşmüş şəxslərin axtarılmasının vacibliyi vurğulandı.
ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Rüstəm Muradova Rusiya sülhməramlı kontingentinin səmərəli fəaliyyətinə və göstərdiyi səylərinə görə təşəkkür etdi.