Axtarış işləri nəticəsində bu gün Artsax xilasediciləri Azərbaycan nəzarəti altına keçən Askeranın Avetaranots icmasının ərazisindən daha bir cəsəd tapıblar. İlkin məlumata görə, mülki şəxsin cəsədidir. Bu barədə Artsax Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat verilib.
“Sonuncunun kimliyini öyrənmək üçün məhkəmə tibbi ekspertiziyası təyin ediləcəkdir.
Atəşkəsdən sonra tapılmış və ya erməni tərəfinə verilmiş cəsədlərin ümumi sayı 1527-dir, onlardan 27-si ehtimal ki mülki şəxsdir”- deyə FHDX –dən bildirilir.