Aprelin 1-də MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının Moskvadakı görüşü çərçivəsində Ermənistan və Rusiya Xarici işlər nazirləri Ara Ayvazyan və Sergey Lavrov arasında görüş keçirilib. Bu barədə Rusiya XİN rəsmi saytında məlumat yayılıb.
Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib.
Nazirlər Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələləri, o cümlədən yüksək səviyyəli təmaslar, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə hazırlıq işləri barədə fikir mübadiləsi apardılar.
Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq gündəlikdəki bəzi mövzular da müzakirə edildi.