Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan martın 31-də Martuni bölgəsinə işgüzar səfər edib və Martuni şəhərində, Berdaşen, Aşan, Nor şen, Hats, Avdur və Myurişen icmalarında görüşlər keçirib.
Prezident öz çıxışında təhlükəsizlik və sosial problemlərin aradan qaldırılması və iqtisadi inkişaf məsələlərinə toxunub. Karmir Şuka (Qırmızı Bazar) ilə bağlı mediada müntəzəm olaraq yayılan mövzuya toxunan Arayik Harutyunyan bir daha da vurğulayıb ki, bu kimi məlumatların heç bir əsası yoxdur və əksinə, Artsax hakimiyyətinin gündəmində ən azı keçmiş Dağlıq Qarabağ daxilində Artsaxın ərazi bütövlüyünün siyasi yolu ilə bərpasıdır.
Görüşlər zamanı Artsax prezidenti əhalinin suallarını da cavablandırıb.