Ermənistanın Avstriyadakı səfirliyi məlumat verir ki, bu gün, aprelin 1-də Slovakiya Parlamentinin 25-ci plenar iclası zamanı Milli Şura yekdilliklə 120 səslə Slovakiya Milli Şurasının SMER-SD / Sosial Demokratlar partiyasının deputatı, Xarici əlaqələr komitəsinin sədri Marian Keri tərəfindən təqdim olunan “Dağlıq Qarabağla bağlı” qətnaməni qəbul edib.
"Qətnamədə mülki şəxslərin öldürülməsi, mülki infrastrukturun, mədəni və dini irs abidələrinin dağıdılması pislənilir, münaqişəyə üçüncü ölkələrin hərbi cəlb olunması və onların sabitliyi pozan rolu ilə bağlı narahatlıq bildirilir, vurğulanır ki, davamlı sülhə nail olmaq və Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi prosesi ATƏT-in Minsk Qrupu həmsədrləri himayəsi altında keçirilməlidir. Hərbi əsirlərin və digər məhbusların, o cümlədən mülki şəxslərin beynəlxalq humanitar hüquqa, xüsusən 1949-cu il Cevevrə Konvensiyasının (III) müddəalarına uyğun olaraq sərbəst buraxılmaması dərin narahatlıq doğurur.
Qətnamə Slovakiya Respublikası Hökümətini, Avropa Birliyini və beynəlxalq təşkilatları hərbi sursatların istifadəsi də daxil olmaqla bütün hərbi cinayətlərə dair iddiaların düzgün araşdırılmasını təmin etməyə çağırır, bütün hərbi əsirləri və mülki şəxsləri dərhal sərbəst buraxmağa və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa məhdudiyyətsiz girməyə çağırır.
Xatırladaq ki, bu, Slovakiya Milli Şurası tərəfindən qəbul edilmiş Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı son 44 günlük müharibəyə dair ikinci qətnamədir. “Dağlıq Qarabağda davam edən münaqişəyə dair” ilk qətnamə Slovakiya Respublikasının Milli Şurası tərəfindən 2020-ci il oktyabrın 22-də qəbul edilib.