Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB xarici işlər nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşəcək.
Ayvazyan-Lavrov və Lavrov-Bayramov ikitərəfli görüşmələri aprelin 1-də planlaşdırılır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova bildirdi ki, Lavrov-Ayvazyan-Bayramov görüşü olmayacaq. MDB xarici işlər nazirləri Şurasının iclası gündəliyinə MDB-də əməkdaşlığın əsas sahələrini əhatə edən məsələlər daxil olunub. İclasda iştirak edənlər regional, beynəlxalq məsələləri barədə fikir mübadiləsi aparacaqlar. Görüş zamanı təşkilatın hüquq-mühafizə və humanitar sahələrdə daxil olmaqla çoxtərəfli əməkdaşlığının dərinləşdirilməsi perspektivləri müzakirə ediləcək.