Artsax Respublikasının Parlamentinin sədri Artur Tovmasyan Artsaxın şəhərsalma naziri Aram Sargsyanı qəbul etdi. Bu barədə Artsax Respublikasının Parlamentinin informasiya və ictimaiyyətlə əlaqədar şöbəsindən bildirilib.
Artsax Respublikasının sədri Artur Tovmasyan qeyd etdi ki, Prezident Arayik Harutyunyanın iştirakı ilə ER Hökuməti ER dövlət büdcəsindən və “Hayastan” Ümumerməni Fondunun vəsaitlərindən Artsaxa 110 milyard dram ayrılacağına dair bir qərar verdi.
“Yeni mənzillərin tikilməsi çox sürətlə həyata keçirilməlidir”,- deyə Artur Tovmasyan qeyd etdi.
Şəhərsalma naziri aparılan işləri və gələcək layihələri təqdim etdi.
“Artıq 962 obyektlərdə inşa işləri keçirilir, 2500 evlərdə bərpa işləri aparılıb, 2600 ailəyə tikinti materialı verilib”,- deyə Aram Sargsyan qeyd etdi.
Aram Sargsyanın sözlərinə görə, nazirlik “Hayastan” Ümumerməni fondu ilə sıx əməkdaşlıq edir. Bir sıra layihələr müzakirə olunur.
2021-2022-ci illərdə Stepanakertdə 700 yeni mənzil tikiləcək.
“Artsaxın yenidən qurulması üçün bütün proqramlar həyata keçiriləcək”,- deyə nazir qeyd etdi.