Rusiya MN-dən verilən məlumata görə, RF Müdafiə nazirinin müavini Dmitri Bulqakov bildirib ki, Artsaxda aprelin 5-dək Rusiya sülhmərmlıları üçün modul tipli şəhərçik istifadə üçün tam hazır olacaq.
Dmitriy Bulqakov Stepanakertdə 250 hərbçi üçün nəzərdə tutulmuş modul tipli şəhərciyin açılışında iştirak edib.
O qeyd edib ki, bu gün 25 belə şəhərciyin avadanlıqlarını tamamlayıblar, istismara vermə işləri davam edir və aprelin 5-dək istismara veriləcək.
Bulqakov bildirib ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Artsaxda mobil tipli hospital inşa ediləcək, lazım gələrsə, sülhməramlılara xüsusi təyinatlı tibb bölməsi tərəfindən ixtisaslı yardım göstəriləcək. Qeyd olunub ki, hospital bu ayın sonuna qədər istismara veriləcək.
Üç aydan az müddətdə Artsaxda Stepanakert, Getavan, Karakend, Xaçmaç, Martuni, Askeranda 12 blok-modul tipli şəhərcik tikilib istifadəyə verilib. Yaxın gələcəkdə bu cür şəhərciklər Sisian-2, Çartar, Laçin, Sos, Canyataq, Karmir Şuka (Qırmızı Bazar), Martakert, Zarışlı, Şuşi, Zabux, Cebraberd, Kırıkaxada da tikiləcək.
Şəhərciklərin tikintisinə 589 hərbi inşaatçı və 45 texnika cəlb edilmişdir.