ER Xİ naziri Ara Avazyanla Andorranın Xİ naziri Maria Ubaç Font arasında telefon danışığı olub.
XİN rəhbərləri ikitərəfli gündəliyin bir sıra məsələlərinə toxunublar, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək üçün addım atmağa hazır olduqlarını vurğulayıblar.
Əməkdaşlığın prioritet istiqamətləri olaraq, Ermənistan və Andorra XİN rəhbərləri xüsusilə kənd təsərrüfatının ayrı-ayrı sahələrini və turizmi qeyd ediblər. Bu sahələrdə təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi mühüm sayılıb.
Hər iki tərəf beynəlxalq platformalarda, xüsusən də Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib.
Telefon danışığı zamanı regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb. Bu çərçivədə nazir Ayvazyan andorralı həmkarına Türkiyə-Azərbaycan təcavüzü səbəbiylə Artsaxdakı humanitar vəziyyəti həll etmək üçün atılan addımlar barədə məlumat verib.