Azərbaycanda terror aktı törətmək niyyəti və paytaxtda terror infrastrukturunun mövcudluğu aşkar edilib. Azərbaycandakı İsrail və yəhudi obyektlərinə terror hücumları təhlükəsi davam edir. İsrail “nsc.gov.il” saytı məlumat verir ki, İsrail öz vətəndaşlarını Azərbaycana səyahət etməyin ciddi təhlükələri barədə xəbərdar edir.
İsrail, vətəndaşlarına bu ölkəyə lazımsız səyahət etməkdən çəkinməyi və ya heç olmasa ölkədə olarkən xüsusi tədbir görməyi, daha çox sayıqlıq və ehtiyatla davranmağı tövsiyə edib. Turist və əyləncə yerlərində sayıq olmağı, israillilər arasında məşhur yerləri ziyarət etməməyi, biznes və əyləncə üçün gözlənilməz cazibədar təklifləri rədd etməyi, görüşləri, xüsusən də gecədə uzaq yerlərdə gözlənilməz dəvətləri rədd etməyi tövsiyə olunub.
Azərbaycanda uzunmüddətli səyahət vəziyyətində gündəlik ziyarət yerlərinin - restoranların, otellərin və əyləncə yerlərinin dəyişdirilməsi tövsiyə olunur.
Ölkənin antiterror bürosu aydınlaşdırır ki, səyahət xəbərdarlıqları yalnız məsləhət məqsədi daşıyır, xaricə səyahət qərarı şəxs tərəfindən verilir və bunun məsuliyyəti də şəxs daşıyır.