Artsax Parlamentinin sədri Artur Tovmasyan Xarici İşlər Nazirliyinə gedib və XİN rəhbəri David Babayan ilə görüşüb.
Ölkənin xarici siyasət prioritetləri ilə bağlı məsələlər müzakirə edilib. Artur Tovmasyan, Ermənistan Respublikasının Xİ naziri Ara Ayvazyanla görüşünə toxunub, parlament sədrinin sözlərinə görə görüşdə səsləndirilən əsas tezislər yeni reallıqlar ilə uyğunlaşır.
“Bu gün Artsaxın təhlükəsizliyi bir nömrəli məsələdir. Azərbaycanlıların son fəaliyyəti, belə demək mümkünsə, cavabsız qala bilməz. Erməni maşınlarını daşla vurmasından danışıram”- deyə Artur Tovmasyan qeyd edib.
Bu və digər məsələlərin beynəlxalq platformalarda gündəmə gətirilməsinin vacibliyi müzakirə edilib.
"Rusiya ilə əlaqələrin inkişafı xarici siyasətimizin prioritetlərindən biri olmalıdır"-deyərək Parlamentin sədri Rusiya ilə dostluq dairəsi yaratmağın vacibliyini vurğulayıb.
Artsaxın Xİ naziri Davit Babayan parlament diplomatiyasını rəsmi diplomatiyanı dəstəkləyən güclü əlaqə olaraq mühüm sayıb.
"Bütün daxili resurslar xarici cəbhədə güclü olmaq üçün istifadə olunmalıdır"- deyə o qeyd edib.
Bu baxımdan belə görüşləri mühüm sayan Davit Babayan bu görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.