İndi Erməni Soyqırımı tanıma zamanıdır, Bayden tarixi səhvi düzəldə bilər. The Jerusalem Post yazır ki, ABŞ 45-ci prezidenti, 2019-cu ildə qəbul edilmiş qınama qətnaməsini nəzərə alaraq, bu il aprelin 24-də “Soyqırım” sözünü deyəcəkdir.
Məqalənin müəllifi Emili Şrader, Ağ Evin Erməni Soyqırımını tanıma üçün verdiyi müsbət siqnallara toxunaraq, qeyd edib ki, İsrail hələ 1915-ci ildə Osmanlı İmperatorluğu tərəfindən xristian ermənilərə qarşı törədilmiş vəhşilikləri tanımaqdan imtina edir.
“İsrail hökuməti Türkiyə ilə qeyri-sabit, lakin strateji-siyasi münasibətlərə görə Erməni Soyqırımını tanımaqdan imtina etdi. On illiklər boyunca Türkiyə Erməni Soyqırımının tanınmasını müzakirə edən xalqları şantaj və təhdid edir”,-deyə Şreder yazır.
Müəllif həmçinin qeyd edir ki, indi İsrail Türkiyədən asılı deyil və Ankara Tel-Əvivə açıq şəkildə düşmənlik edir.
“Bu gün İsrail, ərəb dövlətləri ilə əlaqələrini inkişaf etdiyi bir dövrdə, Türkiyədən daha az asılıdır. Ancaq, Erməni Soyqırımını tanımaq və tarixin doğru tərəfində dayanmaq əvəzinə İsrail hökuməti bu gün də Azərbaycana silah sataraq erməni xalqını "satdı". Bu silahlar erməni şəhərləri bombalamaq üçündür”,-müəllif vurğulayır.
Qeyd olunur ki, Almaniyada Holokostun inkar edilməsi qanunsuz olduğu halda, Türkiyə Erməni Soyqırımının tanınmasını qanunsuz elan edib və buütün dünya buna icazə verərək, Türkiyənin ortağı olub.
“Bayden administrasiyasının tərəfindən Erməni Soyqırımının tanınmasını təkcə erməni xalqına deyil, bütün dünyaya mənəvi mesaj olacaqdır. Tanəma zamanı gəlmişdir”,-məqalədə bildirilir.