Erməmnistanda son sutkada daha 750 nəfər koronavirusa yoluxub, 509 nəfər isə sağalıb.
Bu barədə ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 191 491-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 21 nəfər artaraq 3497-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 890 nəfərdir. İndiyədək 172 605 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 14 499 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 847475 test aparılıb.