Artsax Xarici İşlər Nazirliyi Stepanakert-Goris yolunda azərbaycanlılar tərəfindən hərbi qulluqçuların cəsədlərini daşıyan maşına daşların atılmasına dair bəyanat yayıb.
“Son bir həftə ərzində Azərbaycan tərəfi Artsax Respublikası əhalisinin normal həyatının bərpasına qarşı iki dəfə təxribata əl atıb. 2021-ci il martın 25-də və 29-da Azərbaycan tərəfi Karmir Şuka-Stepanakert və Stepanakert-Goris yollarında gedən mülki maşınlara daşlar atıb.
Üstəlik, ikinci halda Artsaxa qarşı Azərbaycan, Türkiyə və beynəlxalq terrorçuların hərbi təcavüzü qurbanlarının qalıqlarını daşıyan maşına hücum edilib.
Artsaxın mülki əhalisinə qarşı bu cür təxribatlar sübut edir ki, Bakı tərəfindən işğal olunmuş Artsax ərazilərindəki Azərbaycan qoşunlarına nəzarət etmir ya da Azərbaycan hakimiyyəti qəsdən və məqsədyönlü şəkildə bölgənin sabitliyini və Rusiya Federasiyası tərəfindən həyata keçirilmiş sülhməramlı missiyasını pozur.
Bu baxımdan, qeyd etmək lazımdır ki, bu hadisələr həm də işğal olunmuş Artsax ərazilərində Azərbaycan qoşunlarının və Azərbaycan və Türkiyənin himayəsində olan beynəlxalq terror qruplaşmalarının qanunsuz mövcudluğunun nəticəsidir. Bu cür təxribat xarakterli hərəkətlərin qarşısı qətiyyətlə alınmalı və təşkilatçılar və iştirakçılar cəzalandırılmalıdır.
Cəzasızlıq və hərəkətsizlik bölgədəki sülh və sabitlik üçün gözlənilməz nəticələrlə doludur"- deyə XİN-in bəyanatında deyilir.