ER Parlamentinin Xarici əlaqələrin daimi məsələləri üzrə komitısinin iclasında ER Xİ naziri Ara Ayvazyan 2020-ci ildə Xarici İşlər Nazirliyinin fəaliyyət hesabatını təqdim edib.
Nazir qeyd edib ki, keçən il Ermənistanın xarici siyasətinin əsas prioriteti Ermənistanın və Artsaxın təhlükəsizliyinin təmin olması qalmağa davam edir və 2020-ci il sentyabrın 27-dək ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səy göstərib.
Ayvazyan əvvəlcə 2020-ci ilin yanvarında Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə Ermənistan və Azərbaycan Xİ nazirləri arasındakı görüşə, sonra da aprelin 21-də olan görüşə toxunub ki, görüşün nəticədsinə həmsədrlər tərəfləri BMT Baş katibinin qlobal atəşkəs çağırışını izləməyə çağırıblar, bundan sonra isə Azərbaycan prezidenti sənədi imzalayan Xİ nazirini istefaya göndərərək sülh prosesinin uğursuzluğuna səbəb oldu.
"Azərbaycan əvvəlcə Tavuşun sərhəd bölgəsində əvvəlki ilin iyul ayının ortalarında güc tətbiq etdi, daha sonra sentyabrın 24-də Türkiyə və onun sponsorluğu ilə xarici silahlı terrorçuların köməyi ilə Artsax Respublikasına qarşı genişmiqyaslı təcavüz başladı və bu ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında DQ münaqişəsinin həllinin sülh prosesini, regionda sülhü, təhlükəsizliyi və sabitliyi pozdu”- deyə nazir qeyd edib.
"XİN Azərbaycanın, təcavüzə təhrik edən imicini gücləndirmək, Türkiyənin və onun sponsorluğu ilə silahlı terrorçuların döyüş əməliyyatlarına cəlb olunması ilə bağlı beynəlxalq cəmiyyətin mövqeyini təmin etmək, Türkiyə-Azərbaycan müttəfiqliyinə diplomatik təzyiqi artırmaq üçün çox işlər görüb”- deyə Ayvazyan vurğulayıb.
“Bölgə yeni çağırışlara girib və bu da bölgədəki sabitlik, təhlükəsizlik və sülhlə maraqlanan tərəfdaşlarla əməkdaşlığı gücləndirməyi daha da vacibləşdirir. Eyni zamanda bunlar göstərdilər ki, ATƏT-in Minsk Qrupunun sülh prosesinə illər ərzində inkişaf etmiş prinsiplər və elementlər əsasında rəhbərlik edə biləcək güclü həmsədrliyinə ehtiyacımız var”- deyə o qeyd edib.