Azərbaycan prezidenti bəyan edir ki, DQ münaqişəsi həll olunub, lakin onun hərəkətləri əksini sübut edir. ER Xİ naziri Ara Ayvazyan bunu ER Parlamentinin Xarici əlaqələrin daimi məsələləri üzrə komitəsinin iclasında bildirib.
“Azərbaycan prezidenti bu cür açıqlamalar verir, çünki onun uzağa gedən məqsədləri var. Ancaq reallıq belə deyil: müharibə bitmişdir, münaqişə bitməmişdir. Bunu yalnız biz demirik, həm də Minsk Qrupu həmsədrləri və beynəlxalq cəmiyyət deyir.
Bölgəmizdə həqiqi sülh və sabitlik mühiti yaratmaq üçün münaqişənin ən vacib elementi olan Dağlıq Qarabağın statusu qeyd edilməlidir ki, bu da Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır.
Buna nail olmaq çətin prosesdir, bunun üçün etibar mühitinin bərpası lazımdır. Ancaq bir gündə olmur, xüsusən belə bir şokdan sonra. Əsirlərimizin vətənə qaytarılması məsələsi dərhal həll olunmalıdır ki, bu da qonşu ölkənin müsbət addımı olacaqdır. Beynəlxalq təzyiqlər gündən-günə artır və girov götürülməsi Azərbaycan üçün problemə çevrilib”-deyə nazir qeyd edib.
Ayvazyan bildirib ki, aprelin 1-də MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedəcək. Onun sözlərinə görə, Moskvada Azərbaycanın Xİ naziri ilə ikitərəfli təmaslar planlaşdırılmır və Minsk Qrupu həmsədrləri ilə həm bütün heyətlə, həm həmsədr ölkələrin nazirləri və səfirləri səviyyəsində müntəzəm təmaslar aparılır.