ER Xİ naziri Ara Ayvazyan ER Parlamentinin Xarici əlaqələrin daimi məsələləri üzrə komitəsinin iclasında müharibədən sonra qəbul edilmiş siyasətə və yanaşmalara toxunub.
"Bu yanaşmalar öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əsasən Artsaxın statusunun müəyyənləşdirilməsi, Artsax xalqının hərtərəfli təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən Artsax ərazilərinin deokupasiyası, köçkün əhalinin yaşayış yerlərinə etibarlı və ləyaqətlə qayıtması, Azərbaycanın nəzarəti altındakı ərazilərdə erməni mədəni və dini irsinin qorunmasını nəzərdə tutur"- deyə nazir qeyd edib vurğulayaraq ki, Artsaxdakı humanitar vəziyyəti barədə beynəlxalq tərəfdaşların məlumatlandırması Ermənistan tərəfinin prioritetlərindən biridir.
Azərbaycanın Artsaxa humanitar yardımın qarşısını kəsməsi son dərəcə qınanılır və XİN beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə humanitar məsələlərin həllinə çalışır.
"Təcili həll tələb edən humanitar məsələlər arasında Azərbaycan tərəfinin girov saxladığı erməni əsirlərin dərhal, təhlükəsiz şəkildə geri qaytarılması da var"- deyə nazir bildirib.
Erməni Soyqırımının beynəlxalqcasına tanınması erməni diplomatiyasının prioritetlərindən biridir, Ermənistan soyqırıma qarşı mübarizədə, insanlığa qarşı cinayətlərin qarşısının alınmasında mübarizə aparmağa davam edəcək.